Mətbuat Şurasından sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurasından sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına MÜRACİƏT

Qafar Ağayev14:51 - 21 / 10 / 2022
Mətbuat Şurasından sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına MÜRACİƏT

Azərbaycan Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciət ünvanlayıb.

1news.az həmin müraciəti təqdim edir:

"Əziz dostlar! İnternet və multimedia şəbəkəsinin əhatə dairəsinin böyük sürətlə genişlənməsi, müasir texnologiyaların yaratdığı sonsuz imkanlar dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni informasiya mühiti formalaşdırıb. Çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Bu platformalardakı ayrı-ayrı səhifələr, populyar şəxslər, blogerlər və ən fərqli düşüncəyə sahib sosial şəbəkə istifadəçiləri hər gün əhali qruplarında maraq doğuran məlumatlar yaymaqla, müxtəlif mövzuları gündəmə gətirməklə azad informasiya və diskussiya şəraitini genişləndirir, cəmiyyət həyatının fəal iştirakçılarına çevrilirlər.

Təcrübə göstərir ki, sosial şəbəkələr və vətəndaş mediası dərk olunmuş məsuliyyətə əsaslandıqda söz və ifadə azadlığına önəmli töhfələr verir, ictimai düşüncə palitrasını zənginləşdirir. Deyilənlərlə yanaşı, təəssüf ki, bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevirilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır.

Özünütənzimləmə qurumu olaraq Azərbaycan Mətbuat Şurası üçün informasiya müstəvisində cəza mexanizmlərinin dövriyyəyə girməsi birmənalı qaydada arzuedilməzdir. Deyilənləri nəzərə alaraq, biz bütün sosial media mənsublarını, bu platformanın fəallarını insanların şərəf və ləyaqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyə, söyüş və vulqar ifadələrin işlədilməsindən çəkinməyə, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağa, onları zədələyən, mənəvi-psixoloji durumuna mənfi təsir göstərə biləcək zərərli bilgiləri paylaşmamağa, terror, xurafat və cəhalət təbliğatçılarına qarşı barışmaz olmağa, bir sözlə, ölkə jurnalistlərinin VIII qurultayının qərarı ilə təkmilləşdirilmiş “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndakı müddəalara riayət etməyə çağırırıq.

Mətbuat Şurası etik dəyərlərə əməl olunmasına dair çağırışına səmimi yanaşılacağına, qurumun ictimai missiyasına həssas münasibət göstəriləcəyinə inanır, informasiya cəmiyyətinin bütün iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayır".

Paylaş:
320

Son xəbərlər

Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03
Bütün xəbərlər