Binəli Yıldırım Azərbaycanda qəzaya düşməsi ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəli Yıldırım Azərbaycanda qəzaya düşməsi ilə bağlı açıqlama yayıb

09:17 - 21 / 10 / 2022
Binəli Yıldırım Azərbaycanda qəzaya düşməsi ilə bağlı açıqlama yayıb

Binəli Yıldırım Zəngilan aeroportu yolunda qəzaya düşməsi barədə xəbər paylaşıb.

1news.az-ın xəbərinə görə, B.Yıldırım Tvitter hesabında Azərbaycana səfəri zamanı qəza keçirdiyini və profilaktika məqsədi ilə xəstəxanaya yerləşdiyini yazıb.

“Azərbaycana səfərimiz vaxtı qəza keçirdik.
Şükür Allaha vəziyyətimiz yaxşıdır. Profilaktika məqsədi ilə həkim nəzarətindəyik.
Dua edən, sağlıq arzulayan hər kəsə təşəkkür edirəm” – deyə Yıldırım qeyd edib.

1news.az

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər