Səhiyyə Nazirliyi Binəli Yıldırım və Şamil Ayrımın vəziyyətini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi Binəli Yıldırım və Şamil Ayrımın vəziyyətini açıqladı

09:36 - 21 / 10 / 2022
Səhiyyə Nazirliyi Binəli Yıldırım və Şamil Ayrımın vəziyyətini açıqladı

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin yaxın saatlarda evə yazılacağı gözlənilir.

Bu barədə 1news.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə onlar xəstəxanada mütamadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur.

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər