Qazaxda yenidoğulmuş uşağın ölümü ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda yenidoğulmuş uşağın ölümü ilə bağlı cinayət işi başlanıb

11:02 - 22 / 10 / 2022
Qazaxda yenidoğulmuş uşağın ölümü ilə bağlı cinayət işi başlanıb

Qazaxda yenidoğulmuş uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.

Qazax rayon Prokurorluğundan 1news.az -a verilən xəbərə görə, Qazax rayon sakini Könül Şabanovanın 19.06.2022-ci il tarixdə “Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməmiş, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməyib, həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməyib. Qeyd olunan səbəblərdən yenidoğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməmiş və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər