Şagirdlərin nümunəvi davranış qaydaları - “Çıxışa doğru”da MÜZAKİRƏ

Təhsilverənlər və məktəb rəhbərliyi şagirdin ümumi davranış problemləri ilə əqli gerilik və ya xüsusi ehtiyaclardan (təhsil, psixi və emosional inkişafın ləngiməsi, fiziki çatışmazlıq) irəli gələn davranışları fərqləndirməyi bacarmalıdırlar.
Məktəbin nizam-intizam qaydaları və tədbirləri bu qrupdan olan şagirdlərə də şamil edilir, lakin həmin şagirdlərə münasibətdə nizam-intizam qayda və tədbirlərinin tətbiqi forması dəyişdirilir. Bu zaman təhsilverənlər və məktəb rəhbərliyi peşəkar mühakimə yürütməli və ehtiyac olduqda müvafiq mütəxəssislərə müraciət etməlidirlər.
1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Şagirdlərin nümunəvi davranış qaydaları" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları mütəxəssislər – Orxan Abbasov, Günay Nəzərova, Məzahir Məmmədli, Rasif Dünyamalıyev və Elçin Əfəndi mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: