Masallıda ikimərtəbəli evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda ikimərtəbəli evdə yanğın olub

15:42 - 25 / 10 / 2022
Masallıda ikimərtəbəli evdə yanğın olub

Masallıda evdə yanğın olub.

1news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Kəlbəhüseynli kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər