Gələn il kənd təsərrüfatının inkişafına 1,2 milyard manat nəzərdə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gələn il kənd təsərrüfatının inkişafına 1,2 milyard manat nəzərdə tutulub

10:33 - 25 / 10 / 2022
Gələn il kənd təsərrüfatının inkişafına 1,2 milyard manat nəzərdə tutulub

Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub.

1news.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə bildirilib ki, bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32 faiz çoxdur.

1news.az

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər