Yasamalda su borusu partladı, yolları su basdı - FOTO - VİDEO

"+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində bu gün səhər saatlarında qəza baş verib.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Qəza yerinə “Bakı Sukanal” və Yasamal Rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikaları cəlb olunub.
Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.
Video: Newstube


.jpg)
544