Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı - “Çıxışa doğru”da MÜZAKİRƏ

22:47 - 27 / 10 / 2022
Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı - “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edib.

Qurultay iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarını, daha sonra Şəhidlər xiyabanı ziyarət ediblər.

AYB-nin qurultayı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib.

Çıxışlar bitdikdən sonra açıq səsvermədə xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri vəzifəsinə seçilib

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Jalə Əliyeva - MM-in deputatı, Elçin Şıxlı - Azərbaycan Jurnalistlər Birliyinin sədri, Səlim Babullaoğlu - Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi, Elçin Hüseynbəyli - Azərbaycan Yazıçılar Birliyinin katibi, əməkdar incəsənət xadimi və Ramil Əhməd - şair, ədəbiyyatşünas, gənclər şurasının sədr müavini, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər