Volkan Bozkır : “Nizami əsrlər öncə öz əsərlərində dünyanın bu günki problemlərindən bəhs etmişdi”

"Nizami əsrlər öncə öz əsərlərində dünyanın bu günki problemlərindən bəhs etmişdi"
1news.az xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının keçmiş prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illik yubleyinə həsr olunan mətbuat konfransında deyib.
"Planetimiz COVID-la üzləşib nəticələr ağır olsa da, bizlər buna hazır deyildik. Ardınca Rusiya-Ukrayna müharibəsi başladı və bu müharibənin gedişatı və nətcələri ilə yer kürəsi də üzləşir. Bu gün planetimizdə qida təhlükəsizliyi ciddi problemə çevrilib. Planetin müxtəlif ölkələri ərzaq çatışmazlığı ilə üzləşib. Əsrlər əvvəl N. Gəncəvi öz yaradıcılığında, əsərlərində bu problemlərdən yazmışdı. Nizaminin yaradıcılığının fəlsəfəsi həm də ondan ibarət idi ki, bəşəriyyət sadəcə həmrəyliklə bütün problemlərə qalib gəlməyi bacara bilər".
1news.az