Keçmiş həbs yoldaşları birləşib oğurluq etdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş həbs yoldaşları birləşib oğurluq etdilər

Qafar Ağayev15:22 - 28 / 10 / 2022
Keçmiş həbs yoldaşları birləşib oğurluq etdilər

Oğuz rayonunun Bucaq kəndi ərazisində yerləşən evlərin birindən televizor, mağazadan tütün məmulatları və pul oğurlanıb, eləcə də bir ünvandan oğurluğa cəhd olunub. Naməlum şəxslər daha sonra kənd sakininə məxsus “Mercedes” markalı avtomobili qaçırıblar.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və qısa zaman ərzində cinayət hadisələrini törədən şəxslərin kimliyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən üç nəfər, əvvəllər də dəfələrlə eyni əmələ görə məhkum olunmuşlar-Elbrus Həsənov, Araz Hüseynov və Hümmət Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, oğurluq məqsədilə Bakı şəhərindən Oğuza gələn dostlar burada niyyətlərini həyata keçirdikdən sonra “Mercedes” markalı avtomobili qaçıraraq Bakı şəhərinə gediblər. Onların qaçırdıqları nəqliyyat vasitəsinin yeri paytaxtda müəyyən olunaraq istintaqa təhvil verilib.
Qeyd edilib ki, saxlanılan şəxslər müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar.

Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər.

Paylaş:
242

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər