Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:35 - 28 / 10 / 2022
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 583 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 76, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 47 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 910 048, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 191, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 163, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 938 nəfər təşkil edir.

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər