Qafqazın ən böyük tikinti materialları bazarı açıldı – Sahibkarlara böyük fürsət

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qafqazın ən böyük tikinti materialları bazarı olan Abşeron Tikinti Materialları Mərkəzinin açılış mərasimi keçirilib.
1news.az xəbər verir ki, açılış mərasiminə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, tanınmış iş adamları və digər şəxslər iştirak edib.
Abşeron Tikinti Materialları Mərkəzinin direktoru Anar Bədəlov deyib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Abşeron Tikinti Materialları Mərkəzinin bünövrəsi 2020-ci ildə qoyulub.
“2020-ci ildə inşa işlərinə başlayanda ətraf qamışlıq idi. Bizim ... tərəfindən təsdiqlənmiş layihə idi. Artıq bu layihə gerçəkləşib. Abşeron Tikinti Materialları Mərkəzinin ümumi ərazisi 255 hektardan ibarətdir. Ümumi sahəsi 3 fazadan ibarət olan layihədir. Biz hazırda mərkəzin 55 hektarlıq ərazisinin açılışını edirik . 2-3 ildən sonra burada 200 hekrartdan artıq sənaye məhəlləsi də olacaq. Abşeron Tikinti Materialları Mərkəzi 1000-dən çox mağazalardan və 24 hektardan çox açıq sahədən ibarətdir. Burada sahibkarlar açıq sahədə armatur, alçıpan, qara metal və s. tikinti materiallarının satışı ilə məşğul ola biləcəklər”.
Direktor deyib ki, onların əsas məqsədi Bakının mərkəzində tıxaca səbəb olan yerlərdə olan tikinti materilları bazarını və mağazaları buraya cəlb etməkdir.
“Burada logistika da imkanları da əlçatandır. Ölkənin cənub, şimal, qərb istiqamətlərinə buradan rahat daşıma mümkündür. Bura Qafqazın ən böyük tikinti materialları bazarıdır. Sahibkarlara tam təmirli, optik internetli, istilik sistemli, sanitar qovşaqlı mərkəz veririk”.
A.Bədəlov deyib ki, bu mərkəzə gələn sahibkarla güzəşt olacaq.
“İlk 6-7 ay sahibkarlardan icarə haqqı alınmayacaq. Ondan sonra müqavilə əsasında icarə haqqı olacaq. Onu da qeyd edim ki, burada qiymətlər digər tikinti bazarları ilə müqayisədə ucuz olacaq”.
Abşeron Tikinti Materialları Mərkəzi haqqında məlumat
Abşeron Tikinti Materialları Mərkəzində yerləşən mağazalar “Elit”, “Prestij”, “Qarışıq” sırası və “Açıq” ərazisindən ibarətdir. “Elit” cərgə 21 korpus daxil olmaqla 420 mağazadan ibarətdir. Ümumi sahəsi 96117 kv m2-dir. “Prestij” sırasının sahəsi 7633 kv m2 –dən ibarətdir. Burada 124 mağaza yerləşir. “Qarışıq” sırasında isə 233 mağaza yerləşir və sahəsi 9786 kv m2-dir. “Açıq” əraziyə gəldikdə isə 21000 kv m2 əraziyə malik olub 658 satış nöqtəsinin fəaliyyəti nəzərdə tutulub. Həmçinin burada ölkənin iri taxta, alçıpan, metal, mərmər idxalçıları və istehsalçıları fəaliyyət göstərir.
Abşeron Tikinti Materialları Mərkəzindəki mağazaların sahəsi 42 kv m2-dən başlayaraq 400 kv m2-dək dəyişir. Bundan başqa müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar müştərilərin xidmətinə verilir. Digər bir məqam isə bazarda yerləşəcək şirkətlər ilk 6 ay icarə haqqından azad olunur. Müştərilərə təklif olunan icarə qiymətləri isə bugünkü bazar qiymətlərinə görə daha ucuzdur.
Burada sahibkarlar müasir standartlara cavab verən anbarlardan da istifadə edəcək.
Belə ki, bazarda məhsulların saxlanması üçün xüsusi anbarlar mövcuddur. Anbarlar kimyəvi (azot, gübrə, boya və s.) tibbi və normal tipli bölmələrdən ibarətdir. Abşeron Tikinti Materialları Mərkəzindəki anbarların sahəsi minimum 200 kv m2-dən başlayaraq maksimum 800 kv m2-dək dəyişir. Ümumilikdə mərkəzin anbar bölməsinin ümumi sahəsi 60000 kv m2 -ə yaxın təşkil edir.
Bazar logistik baxımından da böyük üstünlüklərə malikdir.
Abşeron Tikinti Materialları Mərkəzinin Qaradağ bölgəsində yerləşməsi logistika baxımından da üstünlüyünü göstərir. İlk olaraq bazarın yerləşdiyi mövqe baxımından cənub istiqamətindəki ətraf rayonlara bundan əlavə, şimal, qərb və şimal-qərb istiqamətində hərəkət edən yük avtomobilləri üçün rahat giriş-çıxışın olması, Bakı Baş Gömrük İdarəsi, İpək Yolu gömrük terminalı, Abşeron Logistika gömrük xidməti və Abşeron Dəmiryolu Stansiyasına yaxınlığı müştərilərimizin mallarını rahat, təhlükəsiz və sürətli daşınmasına şərait yaradacaq. Logistika demişkən, hal-hazırda ölkəmizin tikinti bazarlarında bununla bağlı bir servis yoxdur. Tikinti materiallarını seçərkən təchizatçınızın logistika xidməti ilə maraqlanın. Yükün çatdırılması, boşaldılması, daşınma təhükəsizliyinin qorunması mütləq amillərdir. Abşeron Tikinti Materialları Mərkəzi tikinti məhsullarının mərkəzdən birbaşa istənilən ünvana çatdırılmasını təmin edən geniş şəbəkəli, böyük işçi qüvvəsinə malik ödənişli olmaq şərtilə mərkəzin ayrıca logistika xidmətini istifadəyə verəcək. Bu məqsəsdlə Abşeron Tikinti Materialları Mərkəzi qeyd olunan xidmətləri həyata keçirmək üçün müasir standartlara cavab şərait yaradır.
Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57
https://www.facebook.com/absherontmmaz
E-mail: [email protected]
Tel.: (012) 525 90 90
Mob.: (050) 241 67 67
*6767






