Baş Prokurorluq Bərdə şəhərinə edilmiş raket hücumları ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq Bərdə şəhərinə edilmiş raket hücumları ilə bağlı bəyanat yayıb

Qafar Ağayev10:04 - 28 / 10 / 2022
Baş Prokurorluq Bərdə şəhərinə edilmiş raket hücumları ilə bağlı bəyanat yayıb

Bərdə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar Baş Prokurorluq bəyanat yayıb.

1news.az bəyanatı təqdim edir:

"Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla 44 günlük Vətən müharibəsinin gedişatında Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.

2020-ci ilin oktyabrın 28-də Ermənistan Respublikasının silahlı qüvvələrinin müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə növbəti raket hücumu nəticəsində 4-ü qadın, 17-si kişi olmaqla 21 nəfər qəsdən öldürülmüş, 8-i uşaq, 17-si qadın, 58-i kişi olmaqla 83 nəfər şəxs xəsarət almışdır.

Qeyd edilən ilin noyabrın 7-də müharibənin son günlərində Ermənistanın Bərdə rayonunun Yeni Əyricə kəndinə raket hücumu nəticəsində 1 nəfər uşaq ölmüşdür.

Bərdə şəhərinin 05, 08, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülmüş, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəymişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə bir daha çağırır.

İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!" - bəyanatda qeyd edilir.

Paylaş:
251

Son xəbərlər

Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edibBu gün, 11:00Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57
Bütün xəbərlər