Ödəmə terminalını sındıraraq oğurluq edən şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ödəmə terminalını sındıraraq oğurluq edən şəxs tutuldu

11:15 - 28 / 10 / 2022
Ödəmə terminalını sındıraraq oğurluq edən şəxs tutuldu

Oğurluğa görə axtarışda olan şəxs tutulub.

DİN-dən 1news.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi və Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Vüqar Tapdıqzadə saxlanılıb.

Araşdırmalarla onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən ödəmə terminallarının birindən sındırmaq yolu ilə 3644 manat pul və bir evdən 1350 manat dəyərində 2 ədəd velosiped, təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.

Paylaş:
234

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər