Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb, yaralananlar var - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb, yaralananlar var - YENİLƏNİB

16:25 - 29 / 10 / 2022
Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb, yaralananlar var - YENİLƏNİB

Bakı-Ələt yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrinə yerləşdirilib.

KTM-dən 1news.az-a verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd olunub ki, xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-in vəziyyəti isə ağır olaraq qiymətləndirilir: "Yaralılarla bağlı əlavə məlumatlar veriləcək".

15:09

Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

1news.az

Paylaş:
1095

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər