Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır

16:05 - 31 / 10 / 2022
Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.

1news.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 89-u kişi, 9-u isə qadındır. Onlardan 73-nə hökm oxunub, 16-na qarşı isə ittiham irəli sürülüb.

Həbs edilmiş Azərbaycan vətəndaşlarından 2-si isə yetkinlik yaşına çatmayanlardır.

Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 43 nəfər təşkil edir.

Paylaş:
338

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər