Azərbaycanda daha 60 nəfər COVID-19-a yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 60 nəfər COVID-19-a yoluxub

16:32 - 01 / 11 / 2022
Azərbaycanda daha 60 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 068 nəfər müalicə olunaraq sağalıb, 9 948 nəfər vəfat edib, aktiv xəstə sayı 302 nəfərdir.

Ölkədə son sutka ərzində 2 956, hazırkı dövrədək isə 7 323 276 test aparılıb.

1news.az

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər