Prezidentin köməkçisi Məhərrəm Əliyev Naxçıvana səfər edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin köməkçisi Məhərrəm Əliyev Naxçıvana səfər edib - FOTO

Qafar Ağayev16:43 - 01 / 11 / 2022
Prezidentin köməkçisi Məhərrəm Əliyev Naxçıvana səfər edib - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib.

1news.az xəbər verir ki, Məhərrəm Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla keçirilmiş görüşdə Muxtar Respublikada daimi dislokasiya olunmuş ordu, birləşmə və hərbi hissələrin maddi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının artırılması, xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilib və məruzələr dinlənilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silah və döyüş texnikaları ilə təminatı, hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qarşıda duran tapşırıqlar diqqətə çatdırılıb.

Səfər çərçivəsində dövlət sərhədinə, qərargah binalarına, əsgər yataqxanalarına, tibb məntəqələri və digər hərbi obyektlərə, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikasına, aviasiya eskadrilyasına və hərbi təyinatlı vasitələrə baxış və hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib. Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilmiş və hədiyyələr təqdim olunub.

Paylaş:
704

Son xəbərlər

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir11 / 05 / 2024, 18:05İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEO11 / 05 / 2024, 17:55Azərbaycanda zəlzələ olub11 / 05 / 2024, 17:34Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib11 / 05 / 2024, 17:17İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir11 / 05 / 2024, 16:54Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 311 / 05 / 2024, 16:38Güclü külək əsəcək, yağəş yağacaq - XƏBƏRDARLIQ11 / 05 / 2024, 16:30ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil11 / 05 / 2024, 16:14Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir11 / 05 / 2024, 15:54ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir11 / 05 / 2024, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir11 / 05 / 2024, 15:27Bakıda mənzildə meyit tapılıb11 / 05 / 2024, 15:16Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - Prezident11 / 05 / 2024, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib11 / 05 / 2024, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir11 / 05 / 2024, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək11 / 05 / 2024, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar11 / 05 / 2024, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıb11 / 05 / 2024, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilib11 / 05 / 2024, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür11 / 05 / 2024, 13:25
Bütün xəbərlər