Oktyabrda azad edilmiş ərazilərdə tapılan minaların sayı AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Oktyabrda azad edilmiş ərazilərdə tapılan minaların sayı AÇIQLANDI

Qafar Ağayev17:22 - 01 / 11 / 2022
Oktyabrda azad edilmiş ərazilərdə tapılan minaların sayı AÇIQLANDI

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq statistik məlumatları açıqlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1 373, tank əleyhinə 461 mina və 2 301 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

3 246.02 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər