İsmayıllıda 300 kq yararsız at cəmdəyi aşkar olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda 300 kq yararsız at cəmdəyi aşkar olunub - FOTO

11:11 - 01 / 11 / 2022
İsmayıllıda 300 kq yararsız at cəmdəyi aşkar olunub - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə İsmayıllı rayonu ərazisində keçirilmiş reyd zamanı İsmayıllı kəndində Zülfiyev Vüqar Təşkilat oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində istehlaka yararsız 3 baş at cəmdəyi (300 kq) aşkar olunub.

Bu barədə 1news.az-a AQTA-dan xəbər verilib.

Bildirilib ki, müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər