Azərbaycan Mətbuat Şurasında yeni təyinat oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Mətbuat Şurasında yeni təyinat oldu

13:01 - 02 / 11 / 2022
Azərbaycan Mətbuat Şurasında yeni təyinat oldu

Azərbaycan Mətbuat Şurasında yeni təyinat olub.

1news.az
xəbər verir ki, jurnalist Fəridə Ağazadə Mətbuat Şurasının icraçı katibinə müavin təyin edilib.

F.Ağazadə təyinatı təsdiqləyərək bunları deyib:

"Bu gündən fəaliyyətimi Azərbaycan Mətbuat Şurasında icraçı katibin müavini kimi davam etdirəcəyəm. Mənim üçün böyük etimaddır. İnanıram ki, bu etimadı layiqincə doğuruldacağam".

Qeyd edək ki, Fəridə Ağazadə ölkənin bir çox media orqanlarında baş redaktor və redaktor vəzifəsində çalışıb.

Xatırladaq ki, bu il sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib. Rəşad Məcid MŞ-nın yeni sədri seçilib, həmçinin İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Paylaş:
464

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər