Cəbrayılda mina partlayıb, yaralanan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda mina partlayıb, yaralanan var

Qafar Ağayev13:31 - 02 / 11 / 2022
Cəbrayılda mina partlayıb, yaralanan var

Cəbrayıl rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, noyabrın 2-də Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Məlumata əsasən mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər