Türkiyə Prezidenti AzMİU-nun məzununa diplom təqdim edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə Prezidenti AzMİU-nun məzununa diplom təqdim edib - VİDEO

Qafar Ağayev13:39 - 02 / 11 / 2022
Türkiyə Prezidenti AzMİU-nun məzununa diplom təqdim edib - VİDEO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunu Nuran Qənbərliyə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan diplom təqdim edib.

1news.az xəbər verir ki, 2015-ci ildən Daxili İşlər Orqanlarında çalışan Nuran Qənbərli ötən il Türkiyəyə "Zabitlik" kursu üzrə təhsil almağa göndərilib.

Təhsilini uğurla başa vuran Nuran Qənbərli Türkiyə prezidentinin də qatıldığı məzuniyyət gecəsinə dəvət olunub və ona diplomunu şəxsən Türkiyə prezidenti təqdim edib.

Qeyd edək ki, Nuran Qənbərli AzMİU-nun 2015-ci il məzunudur.

Paylaş:
1041

Son xəbərlər

Bütün xəbərlər