Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanlaın sayı artıırlıb

“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib.
1news.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, “Pulmozim/Pulmozyme” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 109-a çatıb.
Qərarın icrasına nəzarət səhiyyə nazirinin müavini İlqar Qasımova həvalə edilib.
1news.az
272