ANAMA-nın “qaynar xətt”i istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA-nın “qaynar xətt”i istifadəyə verilib

13:39 - 03 / 11 / 2022
ANAMA-nın “qaynar xətt”i istifadəyə verilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) "qaynar xətt" xidməti istifadəyə verilib.

Bu barədə 1news.az-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və çevik formada əlaqələndirilməsi məqsədilə Agentliyin “805” nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.

“Qaynar xətt” mövcud mina təhlükəsi ilə bağlı müraciətlərin qeydə alınması, zənglərin operativ cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir.

1news.az

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər