İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

Qafar Ağayev17:19 - 03 / 11 / 2022
İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Bu barədə 1news.az-a AQTA-dan xəbər verilib.

İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Klin-Pro” MMC-yə məxsus 410 kq süd məhsulu, “Fenix-Trade” MMC-yə məxsus 230 kq dəniz məhsulu, “Merano-Baku” MMC-yə məxsus 2770 kq müxtəlif növ qida məhsulları (süd, meyvə-tərəvəz və dəniz məhsulları), “Kodis” MMC-yə məxsus 2800 kq çipsi “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Paylaş:
728

Son xəbərlər

Bütün xəbərlər