Göyçayda 14 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda 14 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb

17:34 - 04 / 11 / 2022
Göyçayda 14 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb

Göyçayda 14 yaşlı qıza keçirilməsi nəzərdə tutulan nişan mərasiminin qarşısı alınıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib.

O deyib ki, yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb:

"Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunub, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir".

1news.az

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər