Oktyabrda KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Oktyabrda KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlandı

Qafar Ağayev10:19 - 04 / 11 / 2022
Oktyabrda KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlandı

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 828 nəfər müraciət edib.

1news.az xəbər verir ki, bunu KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib.

Onlardan 140 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 3-ü dəm qazından, 3-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 7-si allergik reaksiya, 2-si botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 2-sini ilan, 1-ni isə həşarat sancıb.

Zəhərlənən şəxslərin 62-si qadın, 50-si kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 2 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü qadın, 2-si kişidir.

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər