Qubada silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada silah-sursat aşkarlanıb

14:13 - 07 / 11 / 2022
Qubada silah-sursat aşkarlanıb

Qubada silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən rayonun Qəşreş kəndi ərazisində Qudyalçay çayının sol sahilindən 1 ədəd əl qumbarası, 1 ədəd ov tüfəngi və 10 ədəd boş tüfəng gilizləri aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

1news.az

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər