Uşaq bağçasındakı bu görüntülər tənqid olundu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaq bağçasındakı bu görüntülər tənqid olundu - VİDEO

15:34 - 07 / 11 / 2022
Uşaq bağçasındakı bu görüntülər tənqid olundu - VİDEO

Azərbaycanda uşaq bağçalarından birində Zəfər Günü ilə bağlı keçirilən tədbirdən görüntülər yayılıb. Görüntülərdə Vətən müharibəsində yaralanmış qaziləri canlandırmaq üçün uşaqların müxtəlif orqanları – ayaqları, başları, qolları sarınıb. Əllərində əsa ilə axsaya-axsaya meydana çıxan uşaqlar qaziləri təmsil ediblər.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə hiddətlə qarşılanıb. Uşaqların Zəfər Gününü bu şəkildə qeyd etməsi tənqid olunub.

Görüntülərin hansı məktəbəqədər təhsil müəssisəsində çəkildiyi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

1news.az

Paylaş:
566

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər