DİN-in hərbi qulluqçusu azad edilmiş ərazidə minaya düşüb

Daxili İşlər Nazirliyinin bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində xəsarət alıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a bildirilib ki, xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.
1news.az
402