Lənkəranda yanğın baş verib, xəsarət alanlar var

Lənkəranda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
1news.az xəbər verir ki, hadisə Lənkəran şəhərinin Digah kəndində baş verib.
Ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
“Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”,- deyə məlumatda qeyd olunub.
339