Alimpaşa Məmmədov Pentensiar Xidmətin təcridxanasına köçürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Alimpaşa Məmmədov Pentensiar Xidmətin təcridxanasına köçürülüb

Qafar Ağayev16:52 - 10 / 11 / 2022
Alimpaşa Məmmədov Pentensiar Xidmətin təcridxanasına köçürülüb

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

1news.az-ın APA-ya istindən xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyev sədrliyi ilə keçirilən hazırliq iclasında ilkin dinləmələr keçirilib.

Prosesdə sabiq icra başçısı barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Bundan başqa, məhkəmədə Alimpaşa Məmmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürüldüyü məlum olub.

İş üzrə baxış iclası noyabrın 24-ə təyin olunub.

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq bitarək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:
236

Son xəbərlər

Radio və televiziya işçilərinin peşə bayramı günüdürBu gün, 09:37AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:33Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi baş tutubBu gün, 09:20Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıbBu gün, 09:12Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 09:03FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib05 / 11 / 2024, 17:46“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb05 / 11 / 2024, 17:4234 qapı və 16 kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb05 / 11 / 2024, 17:20Bakı küçələrini təmizləmək yeni tozsoran texnika alınıb - FOTO05 / 11 / 2024, 17:01Taksi sürücüləri üçün imtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd edib05 / 11 / 2024, 16:53“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib - FOTO05 / 11 / 2024, 16:49Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub05 / 11 / 2024, 16:37İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB05 / 11 / 2024, 16:12Bəzi uşaq evlərində monitorinq keçirilib, 41 nəfər cəzalandırılıb, 7 əməkdaş işdən çıxarılıb05 / 11 / 2024, 16:06“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir05 / 11 / 2024, 15:59Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib05 / 11 / 2024, 15:35Bakıda küləyin sürəti 20 m/s-yə çatır - FAKTİKİ HAVA05 / 11 / 2024, 15:10Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir05 / 11 / 2024, 14:50Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib - FOTO05 / 11 / 2024, 14:43Daxili Qoşunlarda əsgərlərin andiçmə mərasimi keçirilib05 / 11 / 2024, 14:30
Bütün xəbərlər