Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanılıb

11:09 - 10 / 11 / 2022
Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanılıb

Lənkəran polisi 24 il axtarışda olan şəxsi saxlayıb.

Bu barədə 1news.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Xəbərə görə, ötən illərdən bağlı qalmış cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması daxili işlər orqanları tərəfindən diqqətdə saxlanılır. Bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 12.01.1998-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edilib ki, həmin şəxs axtarışdan yayınmaq üçün bu illər ərzində vaxtaşırı olaraq yaşadığı ünvanları dəyişib.

1news.az

Paylaş:
399

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər