Bu il xaricdə təhsil üçün sənəd qəbuluna tez başlanılacaq
2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı ilə xaricdə təhsil üçün sənəd qəbuluna keçən il ilə müqayisədə tez başlanılacaq.
1news.az-ın məlumatına görə, bunu bu gün elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "Təhsil masası"nda çıxışı zamanı deyib.
O qeyd edib ki, prosesə bu il sənəd qəbuluna dekabrın əvvəlindən başlanılacaq.
"Keçən il sənədlərin gecikməsi səbəbindən qeydiyyat gec başladı. Hamıya bərabər imkanlar yaradılacaq ki, proqrama müraciət edə bilsinlər" - deyə o əlavə edib.
230