Nazirdən yaşa görə pensiyalarla bağlı XOŞ XƏBƏR

Gələn il yaşa görə pensiya 450 manatın üzərində proqnozlaşdırılır.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, gələn il pensiyaların orta göstəricisinin ciddi şəkildə artımı, ümumilikdə pensiyaların 400 manatdan yüksək olması proqnozlaşdırılır.
S.Babayev əlavə edib ki, ölkədə əməkhaqqının artırılması sahəsində islahatlar davamlı nəticə göstərir. “Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir”, - deyə nazir əlavə edib.