Şəkidəki Psixatriya Xəstəxanasında ölüm hadisəsi baş verib
Şəki Psixatriya Xəstəxanasında ölüm hadisəsi baş verib.
1news.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, xəstəxanada yatan 53 yaşlı Telman Məmmədov ötən gün vəfat edib. Onun öz əcəli ilə dünyasını dəyişdiyi bildirilir.
Zaqatala sakini olan T.Məmmədovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
540












