Zakir Həsənov Türkiyəyə başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

09:24 - 14 / 11 / 2022
Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, başsağlığında deyilir: "İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.

Allah rəhmət eləsin".

1news.az

Paylaş:
315

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər