Cəlilabadda ər 21 yaşlı arvadını baltaladı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda ər 21 yaşlı arvadını baltaladı - YENİLƏNİB

10:51 - 15 / 11 / 2022
Cəlilabadda ər 21 yaşlı arvadını baltaladı - YENİLƏNİB

Cəlilabadda arvadını baltalayan şəxs tutulub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Məlumata görə, Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

09:31

Cəlilabad sakini arvadını baltalayıb.

1news.az APA-ya istinadla xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb.

Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər