Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başladı

10:26 - 15 / 11 / 2022
Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu - sonuncu mərhələsinə qələbə ilə başlayıb.

1news.az xəbər verir ki, o, finalın 1-ci turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib.

Məmmədyarov rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Təcrübəli şahmatçı 2-ci turda polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Paylaş:
167

Son xəbərlər

Bütün xəbərlər