UNESCO-nun qərəzli mövqeyinə etiraz - “Çıxışa doğru”da MÜZAKİRƏ - FOTO - VIDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanlayıb.
Birinci vitse-prezident bu vəzifədən imtinanı Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra özünün genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunması, bununla da, UNESCO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılmasının imkanı xaricində olması ilə əsaslandırıb.
Lakin UNESCO ilə bağlı son illər baş verən proseslərdən göründüyü kimi, Mehriban Əliyevanın bu qərarı faktiki olaraq UNESCO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazdır.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "UNESCO-nun qərəzli mövqeyinə etiraz" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Vüqar İsgəndərov - Milli Məclisin deputatı, Elçin Şıxlı - Azərbaycan Jurnalistlər Birliyinin sədri, Rauf Zeyni - İctimai Nəzarət Mərkəzinin sədri və İlqar Orucov - Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasinin üzvü, fəlsəfə doktoru, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:



