Şəmkirdə yol kənarından naməlum meyit tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə yol kənarından naməlum meyit tapıldı

13:41 - 17 / 11 / 2022
Şəmkirdə yol kənarından naməlum meyit tapıldı

Bu gün səhər saatlarında Şəmkir rayonunun Yeni Həyat kənd yolunda naməlum kişi meyitinin olması barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, dərhal şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən, avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub.Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər