Azərbaycanda avtobus istifadəçilərinin sayı 30%-dən çox artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda avtobus istifadəçilərinin sayı 30%-dən çox artıb

10:18 - 18 / 11 / 2022
Azərbaycanda avtobus istifadəçilərinin sayı 30%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtobuslarla 1 076 552,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 30,2% çoxdur.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, hesabat dövründə minik taksilərindən 68 467,3 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 7,7% azdır.

Xatırladaq ki, ötən il Azərbaycanda avtobuslarla 1 032 999,8 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 2,1% azdır.

Hesabat dövründə, minik taksilərindən 86 944 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 93,5% çoxdur.

Paylaş:
235

Son xəbərlər

Bütün xəbərlər