DİN: “Ötən gün ölkə ərazisində qeydə alınan 100 cinayətin açılması təmin olunub” | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: “Ötən gün ölkə ərazisində qeydə alınan 100 cinayətin açılması təmin olunub”

11:56 - 18 / 11 / 2022
DİN: “Ötən gün ölkə ərazisində qeydə alınan 100 cinayətin açılması təmin olunub”

Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarılan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

1news.az

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər