Köməyə çağırış: Balaca Vaqifin sizin köməyinizə ehtiyacı var - FOTO

7 yaşlı Vaqif kəskin leykoz xəstəliyindən əziyyət çəkir.
Hazırda Hematologiya və Transfuziologiya İnstitutunda müalicə edilir. Dərmanları və analizlər bahadır. Bir qədər yaxşı olduqdan sonra əməliyyat da planlaşdırılır. Müalicəsi daha effektli olsun deyə xarici ölkələrdən birinə aparmaq məsləhət görülüb. Bütün bunlar üçün isə maddi dəstək lazımdır.
Aşağıda sizə bank rekvizitini təqdim edirik:
Kart- Kapitalbank!
Ümid edirik ki, tezliklə sağalacaq, ailəsini və onu sevənləri sevindirəcək. Gəlin, balaca Vaqifə bu həyat mübarizəsində qalib gəlməyə dəstək olaq!

.jpg)

1news.az
645