“Terrace 145”: Müasir interyerli dizayn, qüsursuz xidmət və rahat atmosfer - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Terrace 145”: Müasir interyerli dizayn, qüsursuz xidmət və rahat atmosfer - FOTO - VİDEO

12:51 - 18 / 11 / 2022
“Terrace 145”: Müasir interyerli dizayn, qüsursuz xidmət və rahat atmosfer - FOTO - VİDEO

Bu ilin yay aylarında "Sultan Inn Boutique Hotel" paytaxtın ən dinamik inkişaf edən restoran şəbəkələrindən birinin – "145 Group"un bir hissəsi oldu. Avqust ayında isə "Terrace 145" panoramik restoranı şəhər sakinlərinə öz qapılarını açdı.

Aşpazdan qastronomik ləzzətlər, müasir interyerli dizayn, qüsursuz xidmət və rahat atmosfer ən tələbkar qonaqların belə zövqünə oxşayır.

Şəbəkənin marketinq direktoru Günel Oruclu gələcək layihələr haqqında fikirləri ilə bölüşür:

"145 Group" daim yeni sahələri mənimsəyərək aktiv şəkildə inkişaf edir və yeni layihələr həyata keçirir. Belə ki, 2022-ci ilin axırında "Club 145", 2023-cü ilin əvvəlində isə "Balcon 145" restoranlarının açılışı planlaşdırılır. Hər iki layihənin "Sultan Inn Boutique Hotel"də yerləşəcəyi nəzərdə tutulur.

"145 Group" üçün daha bir yüksəliş nöqtəsi və mühüm inkişaf mərhələsi kəsb edən keyterinq istiqamətini də fəal şəkildə inkişaf etdiririk. Məhz bu məqsədlə brend aşpazımız qeyri-trivial keyterinq menyusunu hazırlayıb.

Komandamızı vahid bir məqsəd birləşdirir – yüksək zövq, keyfiyyətli xidmət və məkanımıza gələn qonaqlara unudulmaz emosiyalar bəxş etmək. Bizim üçün yüksək keyfiyyətli və dadlı yeməklər həftənin istənilən günü və günün istənilən saatında qonaqlarımıza təqdim olunması (holdinqin restoranları 24 saat açıqdır), onların istirahətinin lazımi dərəcədə təmin olunması önəm daşıyır”.

Davamlı inkişaf və dayanıqlığa köklənən "145 Group" şirkəti korporativ sosial məsuliyyət daşıyan layihələrin icrasına xüsusi diqqət göstərir. Həmçinin gənc istedadlara, idmançılara və startaplara dəstək göstərərək böyük töhfə verir.

Gələn il "145 Group" 20 illik yubileyini qeyd etməyə hazırlaşır. Şəbəkənin ilk restoranı isə 2003-cü ildə açılan dənizkənarı bulvarla üzbəüz yerləşən və şəhər sakinlərinin ürəyini ilk günündən fəth edən "Çay Evi 145" olmuşdur.

İl ərzində holdinqin restoranlarını 1 milyona yaxın qonaq ziyarət edir və bu heç də təəccüblü deyil. Çünki "145 Group"un layihələrinin hər biri qonaqlarına xüsusi yanaşaraq davamlı inkişafa uğurla addımlayır.

Qeyd: Bu gün “145 Group”-un 10 layihəsi var: “Çay Evi 145” (2003), “Çay Bağı 145” (2016), “Green Garden 145” (2016), “Malacannes 145” (2017), “Passage 145” ( 2017), “Metropol 145” (2018), “Mardacannes 145” (2022), “Terras 145” (2022); “Sultan İnn Butik Oteli” (2022); Catering Service by 145 Group

Ünvan: İçərişəhər, Böyük Qala 20, “Sultan İnn” Butik Otel

Telefon: 070 7000 145

http://www.145group.com/

https://www.instagram.com/145group/

https://www.instagram.com/terrace.145/

Reklam hüququnda

Paylaş:
2035

Son xəbərlər

Bütün xəbərlər