Şəkidə azyaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə azyaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

18:30 - 19 / 11 / 2022
Şəkidə azyaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

Şəkidə 4 yaşlı uşaq ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Köndələn kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Səxavət oğlu Əlizadə bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 4 yaşlı Ö. Əlizadənin yaşadığı ünvanda mürəbbə bişirən qaynar tiyana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub. Hazırda xəstəxanada Ö. Əlizadəyə lazımi tibbi yardım göstərilir, ona bədənin 2-3 dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub. Ö. Əlizadənin vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
292

Son xəbərlər

Bütün xəbərlər