Bakı Metropolitenində cibgirlik edən şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Metropolitenində cibgirlik edən şəxslər saxlanıldı

13:55 - 21 / 11 / 2022
Bakı Metropolitenində cibgirlik edən şəxslər saxlanıldı

Bakı Metropolitenində cibgirlik edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Qocayev, 1990-cı təvəllüdlü Fazil Zeynaov saxlanılıb.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.
Araşdırmalar davam etdirilir.

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər