Repert ABŞ-da prezidentliyə namizəd olmaq istəyir
45 yaşlı amerikalı reper, musiqi prodüseri Kanye Uest 2024-cü il ABŞ Prezident seçkilərində iştirak etmək niyyətindədir.
1news.az xəbər verir ki, bu barədə milyarder “New York Post” nəşrinə müsahibəsində deyib.
O, jurnalistin namizədliyini irəli sürüb-sürməyəcəyi barədə suala “bəli” deyərək cavab verib.
Qeyd edək ki, bu, reperin prezidentliyə ilk namizədliyi deyil. 2020-ci ilin Prezident seçkilərində o, ərizəni çox gec təqdim etmişdi və bu səbəbdən onun namizədliyi yalnız bir neçə ştatın siyahısında var idi. O vaxt K. Uest 60 minə yaxın səs toplamışdı.
1476